Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - FHN

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb edilib və alovun yayılmasının qarşısı alınaraq söndürülüb.

Qeyd edək ki, hadisə paytaxtın Hüseyn Cavid prospekti, 186 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində yanğın hadisəsi baş verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR