Şahzadə Vilyam və xanımı 200 illik tabunu - pozublar / FOTOLAR

Hazırda üçüncü uşaqlarının doğulmasını gözləyən şahzadə Vilyam və xanımı Keyt İngilis kral ailəsinin 200 illik tabusunu qıraraq tarixə düşüblər.

Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, kral ailəsinə mənsub cütlüklər evləndiyi ildə ya uşaqlarını qucağına alırmış, ya da uşağın doğumuna bir neçə gün qalırmış. Neçə illərdir tabuya çevrilmiş bu yazılmamış qanunu şahzadə Vilyam və xanımı pozub. 2011-ci ilin aprel ayında evlənən cütlük ilk uşaqları şahzadə Corcu 2013-cü ildə qucaqlarına alıblar. Ondan 2 il sonra da şahzadə Şarlotta dünyaya gəlib. Kral ailəsinin üzvləri 3-cü uşaqlarına bu ayın sonu qovuşacaqlar.

Qeyd edək ki, Şahzadə Vilyamsın atası Şahzadə Çarlez, anası kraliça Elizabet və atası şahzadə Filippin birinci evlilik il dönümündən sadəcə 6 ay əvvəl dünyaya gəlib. Hər nə qədər yazılı qanun olmasa da, kral ailəsinin üzvləri evliliklərinin ilk il dönümünü qeyd edərkən ya bir uşaq sahibi olurlar, ya da uşaqlarının doğumuna sayılı günlər qalır.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR