Play Store

Tramp Putini Ağ Evə dəvət - etdi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini Vaşinqtona dəvət etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Lavrovun verdiyi məlumata görə, liderlər arasında telefon danışığı olub və Tramp Putini Ağ Evdə qonaq etmək istədiyini bildirib. Rusiya prezidenti görüş üçün hazırdır.

Sergey Lavrov iki ölkə arasındakı gərginliklərin silahlı insidentə çevrilməsinə icazə verməyəcəyini bildirib. Rusiya Xarici İşlər naziri həmçinin, ABŞ və müttəffiqlərinin Suriyada həyata keçirdiyi raket hücumlarından əvvəl Moskvanının qırmızı xəttləri Vaşinqtona yönləndirdiyini və sözügedən hücumlarda qırmızı xəttin keçilmədiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ lideri Tramp keçən həftə atdığı "Twitter" mesajı ilə dünyanı alt-üst etmişdi. "Hazırlan Rusiya, raketlər gəlir". Həftəsonu sözügedən raketlər Suriyaya atılmışdı.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR