Az bir büdcə ilə səyahət etmək istəyənlər - Bunları mütləq bilin!

Səyahət etmək müəyyən bir vəsait tələb etdiyindən çox vaxt maddi imkanı zəif olan insanlar istirahət edə bilmirlər.

Lakin az bir büdcə ilə də hansısa bir ölkəyə, yaxud bölgələrə səyahət etmək mümkündür. Bu yazımızda minimum pulla səyahət etmək imkanlarından danışacağıq.

Turizm üzrə mütəxəssis Ramin Zamanov Metbuat.az-a açıqlamasında bildirib ki, az bir büdcə ilə səyahət etmək istəyən insanlar adətən otellər əvəzinə evlərdə qalırlar:

“Onlar hansısa bir ölkəyə getdikləri zaman mənzil kirayə götürürlər. Amma burada əsas məsələ ölkə ilə bağlıdır. Elə ölkə var ki, orada evlər bahadı. Elələri də var ki, qiymətlər münasibdir. Qiymətlərin aşağı olması seçilən ölkədən çox asılıdır.

Daha sonra ucuz səyahət üçün nəqliyyat seçimini də doğru etmək lazımdır. Məsələn, təyyarə ilə sayahət bahadır. Amma qatarla səyahət daha ucuzdur.

Minimum pulla ölkə xaricində istirahət etmək istəyənlər keçmiş sovet və qonşu ölkələrinə gedə bilərlər. Az bir büdcə ilə Rusiyanın müxtəlif şəhərlərinə, həmçinin Gürüstan, İran, Türkiyəyə səyahət eləmək mümkündür. Lakin həmin pulla Avropa ölkələrinə getmək olmur.

Azərbaycanın isə hər bir bölgəsinə minimum pulla səyahət etmək olar. Bunun üçün kirayə evdə qalmaq, yaxud çadır evlərdən istifadə etmək lazımdır. Xarici ölkələrdə çadır evlərdən istifadə geniş yayılıb. İnsanlar özlərinə lazım olan əşyaları çantalarına qoyub hansısa bir ölkəyə gəlir, orada çadırlarını qurub qalırlar. Bizdə də bunu etmək mümkündür. Lakin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin ərazinin məsul şəxslərinin icazə almaq lazımdır”.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli Metbuat.az-a açıqlamasında qeyd edib ki, minimum bir büdcə ilə də səyahət etmək mümkündür:

“Bunun üçün daha münasib marşrut fikirləşmək olar. Aviabiletəri öncədən almaqla da qiymətdə endirim etmək mümkündür. Otellərin yerləşməsi, onların uduzlarına görə, həmçinin otel əvəzinə hostel və evlər seçməklə də az bir büdcə ilə səhayət etmək olar. Minimum pulla daha çox yaxın ölkələrə getmək mümkündür. Biz Fly.az olaraq çalışırıq ki, hər bir büdcəyə uyğun səyahət turları təşkil edək”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Rayonlarda günlük evlərə - Turizm şirkətləri necə nəzarət edir? – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR