Qara dəlik 6 milyon il sonra yediklərini - GERİ QAYTARDI

NASA-nın Habl teleskopu Süd Yolu qalaktikamızın mərkəzində yerləşən qara dəliyin sonuncu dəfə təxminən 6 milyon il əvvəl böyük bir qaz yığınını yeyib bitirdiyini aşkar etmişdi. Eyni zamanda ən böyük yeməyinin də sonuna çatdığını bildirib.

Metbuat.az xəbər verir ki, bu yeməkdən sonra sıxışan qara dəlik “Bubbles” deyilən və hazırda qalaktikamızın mərkəzində dalğa formasında yuxarı-aşağı hərəkət edən milyonlarla günəşə bərabər böyük bir qaz balonunu boşluğa buraxıb.

Qara dəlik nə maddənin, nə də işığın qaça bildiyi, cazibə qüvvəsinə sahib kompakt kosmik ərazidir. Qalaktikamızın mərkəzində yerləşən dəlik 4,5 milyon günəşə bənzər ulduz qrupunun çox kiçik sahəyə sıxışdırılmış halıdır.

“The Space Telescope” institutundan Andrey Fox, “Habl teleskopunun verdiyi son məlumatlar bizə “Bubbles” haqqında başqa pəncərələr açdı. Bundan əvvəl nə qədər böyük olduqlarını və nə qədər radiasiya yaydıqlarını bilirdik, indi isə nə qədər sürətli hərəkət etdiklərini və hansı kimyəvi elementləri ehtiva etdiklərini də bilirik. Bu, olduqca əhəmiyyətli addımdır” deyib.

Nərgiz Nənə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR