Günəş Sistemi belə yaranıb – Biz haradayıq?

Günəş sisteminin formalaşması uzun müddət müzakirə mövzusu olub. Araşdırmalardan sonra Günəş sisteminin formalaşmasına böyük partlayış zamanı meydana gələn şok dalğasının səbəb olduğu məlum olub.

Metbuat.az xəbər verir ki, bu proses zamanı ulduzun içərisindəki maddə ətrafdakı toz və qaz buludlarına yönəlib və buludların içinə çökərək Günəş və digər planetləri yaradıb. Yeni tapıntılar da bu nəzəriyyəni dəstəkləyir.

Günəş sisteminin keçmişi araşdırılarkən ən çox istifadə olunan metod meteoritlərin kimyəvi tərkibi və elementləri, həmçinin izotoplardır. Bu məlumatlar bizə sistemimizin erkən dövrləri ilə bağlı nəzəriyyələr yürütməyimizə imkan verir.

Qumlu meteoritlərin tərkibindəki radioaktiv izotoplar, onların parçalanma müddətləri və s. analiz edilərək, meteoritlərin necə formalaşdığı araşdırılır. Son tədqiqatlar zamanı Nikel-60-a çevrilə bilən Dəmir-60 atomlarının böyük partlayış zamanı və ulduzlarda baş verən nüvə reaksiyaları nəticəsində yarandığı məlum olub.

Nikel-60 miqdarının yaranması üçün ən mümkün ssenarini Miriam Telus irəli sürüb. Onun fikrincə, Nikel-60-ın tədqiqatları zamanı tərkibində tapılan Dəmir-56-ya nisbətən Nikel-60 miqdarının artması üçün ən mümkün hadisə böyük partlayışdır. Telusun iddiaları Günəş sistemimizin bir şok dalğası nəticəsində yaranıb-yaranmadığı ilə bağlı konkret dəlil verməsə də, sistemimizin erkən mərhələlərinə aid məlumatlarla partlayışın komponentləri mükəmməl harmoniya təşkil edir.

Nərgiz Nənə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR