Cüdo üzrə Avropa çempionatına start verilib

İsrailin Tel-Əviv şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Cüdo Federasiyasından Metbuat.az-a verilən məlumata görə, yarışın ilk günü cüdoçularımızdan ən yaxşı nəticəni 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov göstərib. Xorvatiya, İsrail, Portuqaliya təmsilçilərinə qalib gələn Orxan yarımfinalda Sloveniya, 3-cü yer uğrunda görüşdə isə Belarus cüdoçusuna uduzaraq 5-ci yeri tutub. Bu çəkidə yarışan digər idmançımız Nicat Şıxəlizadə isə qitə çempionatında 7-ci yerdə qərarlaşıb.

Yarışın ilk günündə mübarizə aparan qadın cüdoçularımız isə ilkin mərhələdə rəqiblərinə məğlub olublar.

Digər çəki dərəcələrində yarışan millimizin üzvləri görüşlərini aprelin 27-i və 28-də keçirəcəklər.

Azərbaycan nefti yenidən - BAHALAŞDI - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR