​Gənc yazarın yeni kitabı - "Kadrarxası" / FOTOLAR

"Azərkitab" kitab təbliğatı mərkəzində gənc araşdırmaçı yazar Çinarə Nağıyevanın müəllifi olduğu "Kadrarxası" kitabının təqdimat və imza günü keçirilib.

Metbuat.az bildirir ki, təqdimatda Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Misir Mədəniyyət mərkəzinin rəhbəri Dr.Ahmed Sami Elaydy, Bakı Dövlət və Bakı Slavyan universitetlərindən olan ziyalılar, eləcə də bir sıra digər qonaqlar iştirak ediblər.

"Azərkitab" kitab təbliğatı mərkəzinin rəhbəri Sabir Həsənovun moderatorluğu ilə keçirilən tədbirdə kitab barədə olduqca maraqlı müzakirələr aparılıb, müəllifə yaradıcılıq uğurları arzulanıb.

İki hissədən ibarət olan kitabın birinci hissəsi ədəbi üslubda yazılsa da, ikinci hissəsi tarixi mənbələrdən istifadə edilməklə geniş və əsaslı dəlillərlə təhlil olunub. Kitabın ikinci hissəsində müəllif 28 oçerk qələmə alıb ki, bu oçerklərdə II Dünya müharibəsində Azərbaycan və Bakı neftinin rolu, Dünya dövlətlərinin Yəhudi məsələlərindəki mövqeyi, 1936-cı il Berlin Olimpiya Oyunları, Alman təbliğatının gücü, Adolf Hitlerin baş tutmayan təhlükəli planları, Krım xəzinəsi müəmması, nasistlərin Argentina sirləri və digər mövzular təhlil edilib.

Kitabın adından göründüyü kimi, burada müəllif əsasən II Dünya müharibəsində baş verən hadisələrin kadrarxasında qalan məqamlarına aydınlıq gətirib.

Qeyd edək ki, kitabın rəyçiləri Bakı Dövlət Universitetinin "Tarixşünaslıq, mənbəşünaslıq və metodika" kafedrasının müdiri tarix elmləri doktoru, professor Anar İsgəndərov, "Arxeologiya və etnoqrafiya" kafedrasının dosenti Kərəm Məmmədov və Abşeron Rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədovadır.

Elçin Nağıyev, Səyalı Abasova

Bakı Slavyan universitetinin Jurnalistika fakültəsinin tələbələri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR