Bu gün Şəkidə III Beynəlxalq Teatr Festivalı başlayır

Bu gün Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti beynəlxalq tədbir – “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı başlayır.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

İki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçiriləcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, KolumbiyaRusiyanın tanınmış teatr kollektivləri iştirak edirlər.

Günün ikinci yarısında Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında festivalın rəsmi açılış mərasimi olacaq.

Rəsmi hissədən sonra tamaşaçılara İranın “Titovak” teatrının kollektivinin Şekspirin “Maqbet” faciəsi əsasında hazırladığı “Maqbet-Zar” əsəri təqdim ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR