“Azərişıq” “Cəlilabad-2” yarımstansiyasını - yenidən qurur

“Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) cəmiyyət tərəfindən görülən işlərlə tanışlıq məqsədilə jurnalistlər üçün mediatur təşkil edilib.

“Azərişıq” ASC-dən Metbuat.az-a verilən məlumata görə, iki gün davam edən mediaturda 30 jurnalist iştirak edərək Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, LerikYardımlı rayonlarında “Azərişıq” ASC-nin gördüyü işlərlə tanış olublar.

Cənub Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə ciddi işlər görülüb və hazırda da görülməkdədir.

Masallı rayonunun ərazisində 35 kV-luq Alvadı yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Eyni zamanda Alvadı kəndində 35 kv-luq yüksək gərginlikli, 10 kV-luq orta gərginlikli hava xətləri yenidən qurulub. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0.4 kV hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılıb. Hazırda 35/10 kV-luq “Qarğalıq” yarımstansiyasından qidalanan 10 kV-luq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulur, Boradigah qəsəbəsində 0,4 kV-luq hava xətti Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəzlənir.

Lənkəran Elektrik Şəbəkəsində isə 35 kV-luq Səpnəkəran yarımstansiyası yenidən qurularaq istismara hazır vəziyyətə gətirilib. Bu yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndləri istiqamətində gedən 4 ədəd 10 kV–luq hava xətti tam yenilənib. Habelə Lənkəran Elektrik Şəbəkəsinin Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi qəsəbəsinin 0.4 kV-luq hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəzlənib, kəndlərə yeni KTM-lər quraşdırılıb. Hazırda 110 kV-luq “Lənkəran 2” yarımstansiyasının yenidənqurma işləri davam etdirilir, Xolmili, Şıxəkəran, Şağlaser kəndlərində yeni Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılır.

Astara rayonunun Şahağacı kəndində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb.

Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0.4 kV –luq hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilərək yenidən qurulub və hazırda analoji proses rayonun Orand kəndində aparılır.

Cəlilabad rayonunda 110 kV-luq “Cəlilabad-2” yarımstansiyası yenidən qurulur, Köçəkli kəndlərində 0,4 kV-luq şəbəkə Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəzlənərək sayğaclar çölə çıxarılır.

Yardımlı rayonunun mərkəzində də hazırda yeni Komplekt Transformator Məntəqələri (KTM) qurlaşdırılır, 0,4 kV-luq şəbəkə Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəz edilir.

Biləsuvar rayonunun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkə yenidən qurulub, hazırda Bəydilli kəndində Komplekt Transformator Məntəqələri (KTM) qurlaşdırılması üçün 0,4 kV-luq dayaqlar yenilənir.

“Azərişıq” ASC-nin jurnalistlər üçün təşkil etdiyi mediatur iştirakçılarda zəngin təəssürat doğurub. Bildirilib ki, belə mediaturlar mütəmadi olaraq davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR