Play Store

Turizmin passiv dövrü başlayır - Ərəblər səfərə çıxmayacaq

“Ramazan ayında Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunacaq”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, Ramazanda ölkə vətəndaşlarının əksəriyyəti səfərə çıxmırlar:

“İnsan bu ayı daha çox evdə keçirməyə üstünlük verirlər. Ümumiyyətlə, Ramazan ayı müsəlman ölkələrində sakit keçir. Bilirsiniz ki, Azərbaycana gələn turistlər sırasında ilk yeri say fərqinə görə ərəblər tutur. Ərəblər də bu ayda səfərə çıxmırlar. Ona görə də, həm Azərbaycandan gedən, həm də Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunacaq”.

Turizm eksperti Ramin Zamanov isə qeyd edib ki, Ramazan ayını turizmin passiv dövrü kimi qəbul etmək olar:

“Azərbaycana gələn turistlərin əksəriyyətini ərəblər təşkil edir. Onlar da Ramazan ayında oruclarını öz ölkələrində tuturlar. İslam dinində uzaq səfərlərə gedən insanlara oruc tutmaq vacib deyil. Bu səbəblə, onlar öz yaşadıqları yerdə qalırlar. Bu müddət ərzində Azərbaycana gələn ərəb turistlərin sayında qismən azalma olur.

Azərbaycandan da Ramazan ayı müddətində xaricə səfərlər olmur. Çünki əhalinin çox hissəsi Ramazan ayında oruc tutur. Orucun batil olmaması üçün insan xaricə səfər etmirlər. Bu baxımdan, Ramazan ayını turizmin passiv dövrü kimi qəbul etmək olar. Ölkəmizdə turizmin yüksək sezonu iyun ayının 15-dən başlayacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Dollar bahalaşır - Dünyada nə baş verir? – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR