Saxta elektron viza ilə Azərbaycana gəlmək istəyən 3 əcnəbi saxlanıldı

Saxta elektron viza ilə Azərbaycana gəlmək istəyən 3 əcnəbi saxlanıldı
09:38 17 May 2018
59 Ölkə
Ölkə mətbuatı
A- A+

2018-ci ilin 15 may tarixində DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta elektron vizalarla Azər­­­­­­bay­can Respublikası ərazisinə gəlmək cəhdinin qarşısı alınmış­dır.

DSX-dən Publika.az-a verilən məlumata görə, “Şarja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 3 Nepal və­­­təndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron viza­larının başqa dövlətlərin vətəndaşlarına aid olmaları müəyyən olunub.

Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı 1952-ci il tə­vəllüdlü Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İİR vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı 1993-cü il tə­vəl­lüdlü Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı 1991-ci il təvəllüdlü Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətən­daşı Shah Qasım Alinin adına verilməsi aşkar olunub.

Araşdırma zamanı həmin şəxs­lərin Azərbaycan Respublikası əra­­­­zisindən tranzit isti­fadə et­mək­lə Avropaya qanunsuz miqrasiya et­mək niyyətində olmalarını göstərən hallar aşkar olunub. Belə ki, Ne­pal vətəndaşlarının Azərbaycan Respubli­ka­sının elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə et­mə­­ləri, Bakıya turizm məqsədilə səfər etmə­lərini bildirdikləri halda ge­riyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etmə­mə­ləri müəyyən edil­ib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­­ləri həyata keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR