Qurani-Kərimdə adı keçən - faydalı qidalar

Qurani-Kərimdə adı keçən bəzi nemətlər insan bədəninə olan faydaları ilə tanınır.

Metbuat.az Qurani- Kərimdə adı keçən bəzi qidaların faydalarını təqdim edir.

Xurma- Mədəaltı vəzidə insulini tənzimləyərək şəkər tarazlığını qoruyur. Hamilə qadınların doğuşunu asanlaşdırır. Süd verən anaların süd hormonlarını hərəkətə gətirərək ana südünün artımını təmin edir. Peyğəmbərimiz (s.a.a.s) “ Qadınlarınıza yeni ana olan zaman xurma yedirdin. Bu dövrdə xurma yeyən qadının uşağı ağıllı və zəkalı olur” buyurub.

Xurma lif baxımından zəngin olduğu üçün bağırsaqların işləməsini təmin edir və beləliklə qəbzliyin qarşısını alır. Bundan başqa bağırsaq xərçənginə səbəb ola biləcək biokimyəvi maddələrin azalmasına səbəb olur.

Bir çox xüsusiyyəti ilə yanaşı xurma aclıq hissini gecikdirdiyi üçün arıqlamağa da çox kömək edən bir meyvədir.

Bal- früktoz və qlükoza kimi təbii şəkərlərdən ibarətdir. Bununla yanaşı balın tərkibinə maqnezium, kalium, kalsium, mis, yod, sink, natrium xlor, kükürd, dəmir və fosfor kimi minerallar da daxildir. Həmçinin B1, B2, B3, B5, B6 və C vitaminləri vardır. Həzmi çox asan olduğu üçün bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edir.

Sürətli bir enerji mənbəyidir. İlıq su ilə qarışdırıb içdikdə 7 dəqiqədə qana qarışır. Bu da beyinin işini sürətləndirir. Qan bərpasına dəstək olur.

Zeytun və zeytunyağı- zeytunyağı ürək damarlarını qoruyur və bəsləyir. Döş xərçənginin yaranmasının qarşısını alır. Xolesterini aşağı salır və damarların daralmasının qarşısını alır. Antioksidantdır. Mədə xərçənginə tutulma riskini azaldır. Ana südünü artırır.

Sirkə- həzm sistemini sürətləndirir. Buna görə də artıq çəkilərdən xilas olmaya kömək edir. Qidaların mədə asidi tərəfindən parçalanmasını sürətləndirərək incə bağırsaqlara keçişini sürətləndirir. Buna görə də incə bağırsağı təmizləyir. Ağızda qarqara edildikdə mikrobları öldürərək infeksiyaların böyüməsinin qarşısını alır.

Kuran'da adı geçen vücut dostu besinler!

Kuran'da adı geçen vücut dostu besinler!

Kuran'da adı geçen vücut dostu besinler!

https://metbuat.az/news/952613/benzediyi-adam-agiz...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR