Play Store

Ramazanda bir gün tutulan orucun savabı qəbul olunur? - İlahiyyatçıdan AÇIQLAMA

Ramazan ayında oruc tutmaq istəyənlər çalışır ki, 1 ay müddətində ibadəti tam yerinə yetirsinlər.

Lakin bəzi insanlar müxtəlif səbəblərə görə Ramazan ayının bütün günlərini oruc tuta bilmirlər. Yalnız bir neçə gün, xüsusilə də Qədr gecələrində oruc tuturlar.

Bəs, Ramazan ayında bir neçə günlük tutulan orucun savabı qəbul olunur?

Metbuat.az-a açıqlama verən ilahiyyatçı Hacı Surxay Məmmədlinin sözlərinə görə, Allah Qurani Kərimin Bəqərə surəsində buyurur ki, xəstə, yaxud səfərdə olan zaman oruc tutmaq olmaz:

“İnsan diabet xəstəsidirsə, ac qalmağa taqəti yoxdursa, o zaman oruc tutmaya bilər. Həkim icazə vermir deyə oruc tuta bilməyən insan hər gün yediyi qidanın dəyəri qədər pulu ehtiyacı olan insanlara verməlidir.

Ramazan ayının yalnız Qədr gecələrində oruc tutan insanların da Allah qarşısında böyük savabı var. İnsan bununla bağlı naümüd olmamalıdır. Çünki Allahın əmrini icra etməkdən ötrü ona yaxınlaşırıq. Allah bağışlayan və rəhmedəndir”.

1 AY ORUC tutsaq - Bədənimizdə hansı dəyişikliklər olar? – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR