Play Store

Azərbaycanda duzsuzlaşdıran dəniz suyu harada istifadə olunur?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzsuzlaşdırılması zavodu sutkalıq 2000 kubmetr təmiz su istehsal etmək gücünə malikdir.

Metbuat.az-ın trend-ə istinadən verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttar-zadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün dünyada təmiz suya ehtiyac çoxalmaqdadır: "Azərbaycanda şirin su ehtiyatları az olsa da, bu, su qıtlığının yaranması demək deyil. Ölkədə gələcəkdə su mənbələrinin tədqiqi məqsədilə müasir, dəniz suyunun duzsuzlaşdırılması zavodu tikilib".

R.Səttar-zadə bildirib ki, 2013-cü ildən fəaliyyətə başlayan zavod sutkalıq 2000 kubmetr təmiz su istehsal etmək gücünə malikdir: "Ondan təmiz içməli su da istehsal etmək olar. Hazırda onun da bir hissəsi təmiz içməli su kimi hazırlanır".

R.Səttar-zadə əlavə edib ki, müəssisədə bu günədək 3 894 634 kub metr həcmində dəniz suyu qəbul edilib və bundan 1 687 995 kub metr həcmində təmiz su istehsal olunub. İstehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və komplekslərin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edilir.

Dünya birjalarında neftin - Son qiyməti - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR