Play Store

Azərbaycan hərbçiləri dünya çempionatında daha iki medal qazanıb - FOTOLAR

Moskva şəhərində hərbçilər arasında güləş üzrə keçirilən 33-cü dünya çempionatında Azərbaycan komandası daha iki medal qazanıb.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Rusiya Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən yarışlarda güləşin sərbəst növündə döşək üzərinə daha iki idmançımız çıxıb.

86 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Kənan Əliyev ardıcıl olaraq parlaq qələbələr qazanaraq finala yüksəlib. Güləşçimiz son qarşılaşmada yalnız Rusiya təmsilçisinə 1 xal hesabı ilə uduzaraq çempionatın gümüş medalını qazanıb.

Daha sonra 97 kiloqram çəki dərəcəsində yarışlara qatılan MOİK nümayəndəsi Roman Bəkirov 3-cü yer uğrunda mübarizədə Kolumbiya idmançısı üzərində təmiz qələbə qazanaraq bürünc medala sahib olub.

Beləliklə, hərbçilər arasında keçirilən güləş çempionatında komandamız bir qızıl, bir gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 6 medal qazanıb.

Qeyd edək ki, mayın 14-dən start götürən çempionat mayın 20-dək davam edəcək.

Hökumət gömrüklə bağlı dəyişiklik etdi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR