Play Store

​“Ömürdən uzun gecə” tamaşasının premyerası olacaq

“Ömürdən uzun gecə” tamaşasının premyerası olacaq.

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 30 may 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair- dramaturq Hidayətin “Ömürdən uzun gecə” yeni tamaşanın premyerasını tamaşaçılara təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissor Tural Xəlilzadə, bəstəkar Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssam Vahid Mürsəliyevdir. Rollarda Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova, Natiq Həziyev, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu və Rövşən Cəfərov çıxış edəcəklər. Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR