Play Store

Yaşadığı iddia edilən Adolf Hitlerin öldüyü - elmi olaraq sübut edildi

Faşist Almaniyasının lideri Adolf Hitlerin həqiqətdə ölmədiyi və Argentinaya qaçdığı iddiaları tez-tez dilə gətirilir.

Metbuat.az xəbər verir ki, rəsmilər İkinci Dünya Müharibəsinin sonlarına doğru faşist Almaniyasının lideri Adolf Hitlerin 1945-ci ilin 30 aprel tarixində intihar edərək öldüyünü deyir. Açıqlamaya görə, Hitler həyat yoldaşı Eva Braun ilə birlikdə gizləndiyi yeraltı sığınacağı Führerbunkerdə intihar etmişdir.

Amma bəzi sui-qəsd nəzəriyyəçiləri rəsmi açıqlamanın əksinə daha fərqli hadisələrin baş verdiyini deyir. Bu iddialar arasında ən çox yayılan Hitlerin dənizaltıya minərək Argentinaya qaçmasıdır.

Digər iddialar isə Hitlerin həyatının son günlərini ABŞ-ın Los Anceles şəhərində keçirməsi və Antarktikada bir baza qurub həyatını davam etdirməsidir.

Amma Hitlerin yandırılan qalıntılarını araşdıran professor Charlier Hitlerin 1945-ci ildə intihar edərək öldüyünü elmi olaraq sübut edib.

Hitlerin taxma dişi üzərində araşdırma edən komanda vegeterian olaraq tanınan Hitlerin dişində hər hansı bir ət qalıntısına rast gəlməyib. Amma taxma dişdə mavi rəngli çöküntülər görülüb. Bu da Hitlerin son anlarında sianid qəbul edərək intihar etdiyini sübut edib.

Bu araşdırma 1946-cı ildə Rusiya Federal Təhlükəsizlik servisi tərəfindən edilən araşdırmadan sonra ilk araşdırma idi.

http://matbuat.az/news/956502/meghan-markle-bu-qay...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR