ATV-nin gənc aparıcısından: “Dünya dağılsa da, müğənniyə ərə getmərəm” - FOTOLAR

Metbuat.az-ın növbəti müsahibi gənc aparıcı-aktrisa Raksana İmirdir. Söhbət əsanasında xeyli çək-çevirə salandan sonra əmin oldum ki, yaşıdlarının ondan öyrənəcəyi çox şey var. Hətta yaşıdları bir yana, ondan qat-qat yaşda böyük olub, ucuz yollarla şöhrət dalınca qaçanların da. Müsahibəni oxusanız, siz də bunun şahidi olacaqsınız.

- Rəqsanə İmir kimdir?

- Raksana İmir. Gələcəyinə böyük bir ümidlə, güvənlə baxan və sıradan biri yox, seçilənlərdən olmaq istəyən aparıcı - aktrisa.

- İmir?

- Əslində soyadım Vəliyevadır. Babamın adı İmirdi. Özümə ləqəb götürmüşəm. Babamın adı o vaxt qardaşının adına uyğunlaşdırılıb, seçilib - Əmir, İmir. Həm də İmir rus dilində “və dünya” deməkdi. Mən fəlsəfi tərəfdən düşünərək belə götürdüm - Raksana və Dünya.

- Aparıcı və aktrisa. Bu peşəni ikisini də idarə etmək və məşhurlaşmaq nə dərəcədə sizə asan olacaq?

- Çox çətindi. İndi mənim üçün daha önəmli aktrisalıq peşəsidir. Ancaq həmişə arzum olub ki, çox yaxşı aparıcı olum.

- Neçə ildir aparıcılıq edirsiniz?

- 1 il olacaq.

- Bu sizin ilk işinizdir?

- Bəli. Universitetə daxil olduğum il,kastinqdən keçdim. Həmin ildən də ATV-nin səsi olaraq bütün anonsları oxumağa başladım və 2 ildən sonra aparıcı oldum. Həmişə öndə olmağı sevmişəm. Kastinqdən keçdiyim gün çox qəribə oldu. Məni o vaxta qədər hər yerə anam aparmışdı. ATV-də seçimə gələndə anam xəsətləndi. Düşündüm ki, artıq gələ bilməyəcəm. Ancaq təsadüfən həmin vaxt atam evə gəldi və məni müsabiqəyə gətirdi. Bir az gecikmişdim deyə, ən sonda girdim imtahana. Münsif kimi Zaur Baxşəliyev, Rauf Ocaqverdiyev, Arzu Cəfərova və Vaqif Aydınoğlu idi. Məni Zaur seçdi. Həmin vaxt Zaur özünə kadr axtarırdı. Rauf Ocaqverdiyev isə səs kimi bəyəndi.

- Niyə aktrisalıq?

- 5-ci sinfdən başlamışdım qısametrajlı filmlərə, seriallara bala obrazları ilə qatılmağa. İlk peşəkar qısametrajlı filmim olub “Həyatımın rolu”. Gülüzar Qurbanovanın cavanlığını oynamışam. Hər insanın uşaqlıq arzusu olduğu kimi aktrisalıq da mənim uşaqlıq istəyim idi. Əslində evdən razı olmurdular, valideynlərim məni hüquq fakültəsində, yaxud Xarici Dillər Universitetində görmək istəyirdilər. Ancaq müəllimlərim məni bu sahəyə yönəltdilər. Əvvəllər anamgillə razılaşırdım, sonra isə fikrimi dəyişdim. Onlar da məni başa düşdülər.

- Bəzi aktrisa, aktyorlar var ki, illərdi quru maaş alaraq, məşhurlaşmadan qocalıblar. Siz aktrisa kimi hansı zirvəyə çatsanız, rahat olarsınız?

- Heç kimin yerində olmaq istəmirəm. Öz yerimi tutmaq istəyirəm. Harda olmağımı illər göstərəcək. Gülüzar Qurbanova, Mehriban Zəki ən sevdiyim aktrisalardı.

- Daha çox hansı janrı sevirsiniz?

- Melodrama, dram.

- Aktrisa kimi nələri etmək istəyirsiniz?

- Həmişə öz çərçivəm olacaq. Ucuz məşhurluq istəmirəm. Kənarda o bəzi aktrisalara baxıram. Kim nə edir, özü bilər. Bəzən deyirlər aktrisasansa, hər bir rolu oynamalısan. Bununla razı deyiləm.

- Aparıcı kimi kumiriniz kimidr?

- Nərgiz Cəlilovanı çox sevirəm.

- Gələcəkdə hansı layihələri etməyi düşünürsünüz?

- Həm şou, həm də film xarakterli layihələr etmək istəyirəm. Yəni müğənnilər və aktyorlarla işləmək istəyirəm. Ciddi veriliş istəmirəm.

- Nəyə görə məhz şou? Nədən irəli gəlir?

- Bəlkə də xarakterimdən.

- Mən hər dəfə “Rəqsanə” dedikdə, düzəliş edib “Raksana” deyirsiniz? Niyə? Müğənni Rəqsanəyə antipatiyanız var?

- Yox, qətiyyən. Heç kimə də söz atmaq istəmərəm.

- Oynadığınız serialda bir neçə dəfə əməliyyat keçirmişiniz. Bunu realda yaşasanız, necə qəbul edərsiniz?

- Serialda çəkildikcə çox sarsılırdım. O əməliyyat otağını, o yatağı, o palatanı gördükcə pis olurdum. İraq olsun, elə bir xəstəliyi real həyatda çox güclü adam sinirə bilər.

- Bu gün dayandığınız yerdən razısınızmı?

- İşə 18 yaşından başlamışam. Bu gün 21 yaşım var. Çox şanslı adam olduğumu da bilirəm. Ona görə də bu yerimdəm razı deyiləm.

- Mütaliə edirsinizmi?

- Çox sevirəm. Çox.

- Hansı janraları oxuyursunuz?

- Dram.

- Sevdiyiniz yazarlar kimlərdir?

- Dostayevski, Xalid Hüseyni, Turgenev. İndi Drayzerdən “Kerri bacı”nıbaşlamışam.

- Olubmu ki, oxuduğunuz əsərin qəhrəmanını canlandırmaq istəmisiniz?

- Film olub. “Qara Qu quşu”. “Oskar” mükafatı almış bir filmdir. Orda sırf balerinanı oynamaq istəmişəm. O filmə baxmaqdan doymuram. Hər baxdıqca da nəsə öyrənirəm. O ağrını-acını canlandırmaq istəmişəm.

- Daha çox hansı musiqiləri dinləyirsiniz?

- Rus estradasını da, xarici estradanı da dinləyirəm. Əhvalımdan asılıdır.

- Bax, deyirsiz sizin üçün aktrisalıqda limit var. Həmçinin məşhurlaşmaq istəyirsiniz? Necə məşhurlaşacaqsınız?

- Mənim ustadım Vidadi Həsənov deyir ki, pişik bir ildə çox bala verir. Aslan isə cəmi birini. O da aslan balası olur. Qoy etdiklərim də aslan övladı olun.

- Aslan övladı yetişdirmək üçün əvvəl aslan olmaq lazımdır. Sizə güclü təkan verilməlidi.

- Mən bu sənətə öz gücümə gəlmişəm. Arxamda da valideynlərim var.

- İndi məşhurlaşıb, gündəmdən düşməyənlərin əksərinin arxasında ya sevgilisi, ya da “sponsor” dediyi biri durur. Sizin planınız nədir?

- Mən ancaq iş ortaya qoyacam. Həm də çalışacam ki, Azərbaycandan kənara çıxım. İndi fikrimdə tutmuşam ki, magistr təhsilimi Türkiyədə alım. Həmişə arzum olub ki, Kann Film Festivalına qədər gedən filmdə rol alım.

- Tutaq ki, bir layihə edib gündəmə gəldiniz. Həmin vaxt sevdiyiniz insan bu sahəni sizə qadağan etdi. Nə edəcəksiniz?

- Ailəni seçərdim. Bəlkə də ailəmə bağlılığımdan irəli gəlir. Bu gün ailəm desə, sənətdən ayrıl, ayrılaram. Bəlkə də gələcəkdə məni seçən adam məni tanıyandan sonra bu sahədə qalmağıma razı olar.

- Gündəmdə səs salan hansı şou aparıcısını izləyirsiniz?

- Efirlərə baxa bilmirəm.

- Hansı stildə geyimə üstünlük verirsiniz?

- İdman stilini sevirəm. Geyinməyi çox sevirəm. Özümü “şopokolinq” kimi hiss edirəm.

- Zövqünüzü necə formalaşdırırsınız?

- Daim trendə baxıram. İlin geyimlərini, aksessuarlarını, rənglərini izləyirəm.

- Xoşunuza gəlməyən aparıcı varmı?

- Var, əlbəttə, ancaq demək istəmirəm.

- Gənc yazarlardan kimi tanıyırsınız?

- Heç kimi.

- Bir gün açıq-saçıq filmə dəvət etsələr nə reaksiya verərsiniz?

- Əlbəttə, “yox” deyərəm.

- Ancaq bu gün aktrisa, müğənni üçün soyunmaq adi hal alıb. İstəsəniz də, istəməsəniz də bu sahədə olduğunuz üçün sizə də o cür baxılacaq.

- Deyirlər, mühit adamı dəyişir. Mən bu fikirlə razı deyiləm. Mən onu sübut edəcəm ki, bu sənətə yaxşı yolla da gələnlər var. Onlardan biri Gülüzar Qurbanovadır. Elxan Cəfərovun yoldaşı. Həmişə arzulamışam onun çəkdiyi bir filmdə rol alım.

- Hansı peşə sahibinə ərə getməzsiniz?

- İstəyərəm atam xassiyətli insana ərə gedim. Onun kimi mülayim olsun.

- Şou aləmindən, yaxud öz sahənizdən evlilik təklifi olsa, ərə gedərsinizmi?

- Heç vaxt müğənniyə ərə getmərəm.

- Niyə? Bəlkə bu sahədə olduğu üçün sizə dəstək verəcək?

- Yox, qətiyyən getmərəm.

- Niyə? Evə gec gəlirlər deyə?

- Ola bilər. Çünki bütün günü qastrollarda filanda. Yəni ailəyə diqqət edə bilmir.

- Yaxşı, bəs sizin ailə quracağınız adam necə olmalıdır?

- İnsan kimi insan olmalıdır. Bəzi adamlar deyir, kişidə zahiri görkəm önəmli deyil. Ancaq ailə quracağım şəxs yaraşıqlı olmalıdır. Bir də etibarlı. Güvənə biləcəyim insan olmalıdır. Heç vaxt yalan danışmamalıdır.

- Bəs siz indiyə kimi yalan danışmısınız?

- Məncə, hər bir insan gün ərzində yalanlar danışır. O qədər dost dediyim, qardaş-bacı dediyim insanlar var ki, mənə yalan danışıblar. Yaşımın az olmasına baxmayaraq, indidən ayağımın altını qazanlar var.

- Sevdiyiniz insan nə etsə, onu kəsib atarsınız?

- Xəyanət.

- Sizə görə xəyanət necə olur?

- Başqası ilə aldadarsa, bu xəyanət deməkdir.

- Ancaq bizim kişilərdə belə bir düşüncə var ki, kişi hər şey edə bilər.

- İnsanın içində bir mənlik olmalıdır. Bir qadını seçibsə, həmişə də onunla olmalıdır. Kənardakı insanlar “fast-food” kimidir, ev yeməyi başqadır.

- Gələcəkdə hansısa bir bizneslə məşğul olmağı düşünürsünüzmü?

- İstəyərdim ki, öz dizayn verdiyim geyimlər satılan butikim olsun.


Tahirə Əlirzayeva\\ Metbuat.az

Murad Əzimzadə: “Ekrandan baxılıb, söyülmək mənim üçün problem deyil” - ÖZƏL MÜSAHİBƏ - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR