Play Store

Rusiyada 28 May günü ilə əlaqədar möhtəşəm tədbir - Amurda Cümhuriyyət İli/ FOTOLAR

2018-ci ilin Azərbaycanda Xalq Cümhuriyyəti İli elan edilməsi ilə bağlı yubiley tədbirləri xarici ölkələrdə də keçirilir.

Metbuat.az xəbər verir ki, belə bayram tədbirlərindən biri də Rusiya Federasiyası Amur Vilayətinin Blaqoveşensk şəhərində Azərbaycan Milli Mədəni “Araz” Mərkəzi tərəfindən təşkil olunub.

Tədbir ADR-in formalaşmasının əsas tarixi məqamlarını əks etdirən sənədlər və fotoşəkillərin, Cümhuriyyət tarixi ilə baglı kitabların nümayişi ilə başlayıb. Qonaqlar həmçinin milli mətbəximizin təamlarından da dadıb.

Tədbirdə Amur vilayətinin dövlət rəsmiləri də iştirak edib. Azərbaycandan gəlmiş sənətçi, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və tanınmış publisist, teleaparıcı İlham Tumas da qonaq qismində tədbirə qatılıblar.

Sərgidən sonra tədbirdə çıxışlar, kənd təsərrüfatı elmləri namizədi, “Araz” Cəmiyyəti Məclisinin üzvü Almaz Həsənovun müəllifi olduğu Cümhuriyyət tarixini əks etdirən filmin nümayişi, sonradan konsert proqramı ilə davam edib.

“Şübhəsiz ki, Amur-Azərbaycan dostluğu inkişaf edəcək və möhkəmlənəcək.” Bu sözləri Amur Vilayətinin hökumət sədrinin müavini Olqa Lısenko söyləyib. O, Amur Vilayətinin Hökuməti adından "Araz" Azərbaycan Milli Mədəniyyət Cəmiyyətinə göndərilmiş minnətdarlıq məktubunu Cəmiyyətin sədri, sabiq polis polkovniki Tofiq Niftəliyevə təqdim edib.

Tədbirdə yalnız azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri də iştirak edib.

Аmur vilayətinin Qanunverici Məclisinin komitə sədri Vladimir Konstantinov, Blaqoveşensk merinin birinci müavini Vyaçeslav Loqinov təbriklər və təşəkkürlərlə səhnəyə qalxaraq Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə ürək sözlərini deyiblər.

Bədii hissədə Şəmistan Əlizamanlı vətənpərvərlik mahnıları ifa edib. Konsert proqramında müğənni Zamin Amur sevilən mahnılarını oxuyub, "Araz" Azərbaycan Milli Mədəniyyət Cəmiyyətinin yaradıcı qrupları, Amur İncəsənət və Mədəniyyət Kollecinin tələbələri musiqi və rəqs nömrələri ilə çıxış ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR