Göbələkli toyuq yeməyi - İftara özəl

İftara nə bişirəcəyinizi bilmirsinizsə, sizə dadlı göbələkli toyuq resepti təqdim edəcəyik.

Lazım olan ərzaqlar:

1 ədəd toyuğun əti

5-6 ədəd göbələk

1 ədəd soğan

Zövqə görə keşniş

Apardığı qədər bitki yağı

Hazırlanması:

Toyuğun bud hissəsini götürüb ətini dəridən ayırın. Daha sonra göbələk, soğan, göyərtini tavada qızardın.

Hazır olan içliyi toyuğun bud hissəsinə doldurub üzərinə duz, istiot vurub, sobada 180 dərəcədə bişirin.

10-15 dəqiqə sonra yeməyimiz hazırdır.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR