Azad Azərbaycan radiosundan - Cümhuriyyətin 100 illiyinə həsr olunan MÖHTƏŞƏM LAYİHƏ

Azad Azərbaycan radiosu “106” və “106.3” FM radioları Cümhuriyyətin 100 illiyinə həsr olunan mahnı təqdim ediblər.

Metbuat.az bildirir ki, "Vətənə gələndə" adlanan mahnının ərsəyə gəlməsi üçün estradamızın məşhur simalarını bir araya toplaşıb. Sözləri Gülağa Tənha, musiqisi Elza Seyidcahana məxsus olan mahnını əməkdar artistlər Ədalət Şükurov və Elza Seyidcahan, xanəndə Babək Niftəliyev, həmçinin Namiq Qaraçuxurlu, Natavan Həbibi, Elçin Cəfərov, Sevda Yahyayeva, Xəyyam Nisanov, reper Uran, Yaşar Yusub və Kamil Cəfərov ifa ediblər. Sosial şəbəkələrdə paylaşılan mahnıya istofadəçilər müsbət rəy bildiriblər.

Qeyd edək ki, mahnını bəstəkar, pianoçu Fərid Kərimli lentə alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR