Play Store

Müqəddəs Qədr gecələrinin - fəzilətləri

Qədr gecəsi ən əzəmətli gecələrdən sayılır.

Metbuat.az xəbər verir ki, bu gecədə insanların bir illik müqəddəratı (taleləri)- ləyaqətləri əsasında müəyyən olunur. Qədr gecələri ilin ən fəzilətli, əzəmətli gecəsidir. Bu gecələrdə yerinə yetirilən əməllər min aydan daha üstündür. Allahın mələkləri bu gecədə Allahın izni ilə yerə enirlər, İmam Zamanın hüzuruna gəlib, gələn il ərzində hər bir insan üçün müəyyən olunan müqəddəratı o həzrətə təqdim edirlər.

Xoş o kəsin halına ki, Quranın nazil olduğu bu əzəmətli gecənin fəzilətlərindən bəhrələnir, dua və münacat etmək, göz yaşı axıtmaq, tövbə etməklə Allah dərgahına üz tuturlar, bununla da özləri üçün daha ülvi mənəvi müqəddərəta zəmin yaradırlar.

Məsumlar (ə) Qədr gecəsini dəqiqliklə təyin etməmişlər və üç gecədən birinin (ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrinin) Qədr gecəsi olduğunu buyurmuşlar. Ondan ötrü ki, möminlər hər üç gecədə Qədr gecəsinin əməllərini yerinə yetirməklə Allahın xüsusi nemətlərini qəbul etmək üçün mənəvi baxımdan hazır ola bilsinlər.

https://metbuat.az/news/962102/itirdiyi-saclarinin...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR