Bakı və Çelyabinsk arasında birbaşa reys açıla bilər

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “İrAero” şirkətinə Azərbaycana uçuşlar həyata keçirmək icazəsi verib.

Bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Protokolda qeyd olunur ki, “İrAero” həftədə iki dəfə olaraq Çelyabinsk-Bakı marşrutu ilə müntəzəm reyslər həyata keçirə bilər.

Qeyd edək ki, mənzil-qərargahı İrkutskda yerləşən şirkət hazırda Krasnoyarskdan Bakıya uçuşlar keçirir. //Trend.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR