Play Store

NASA ekzoplanetlər üzrə virtual turlar təşkil edir

ABŞ Kosmik Agentliyi (NASA) “The Exoplanet Travel Bureau” layihəsi çərçivəsində virtual reallıq rejimində ekzoplanetlərə səyahət etməyə imkan verən simulyator istifadəyə verib.

Metbuat.az xəbər verir ki, hazırda simulyator vasitəsilə Dolça bürcündə “TRAPPIST-1e”, Qu bürcündə “Kepler-186f” və “Kepler-16b” kimi ekzoplanetlərə virtual səyahət etmək mümkündür. Yer kürəsindən 492 işıq ili məsafədə yerləşən “Kepler-186f” ekzoplanetinin radiusu bizim planetin radiusuna yaxındır. İki yüz işıq ili məsafədə yerləşən “Kepler-16b” qoşa ulduz sistemi ətrafında dövr edir, 40 işıq ili məsafədə yerləşən “TRAPPIST-1e” isə potensial baxımdan yaşayış üçün yararlı ekzoplanetlər sırasına daxildir.

Məlumata görə, istifadəçilər simulyatoru müxtəlif obyektlər üzərinə tuşlamaqla kosmik cisimlər haqqında məlumatlar əldə edə bilərlər.

Kosmik panoramlar elmi-tədqiqat məlumatlarına əsaslanır, lakin teleskopların hazırda ekzoplanetlərin böyük şəkillərini çəkə bilməməsi səbəbindən əksər təsvirlər bədii təxəyyül nümunəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR