Bakıda iki tibb müəssisəsi əsaslı təmirdən sonra istifadəyə verildi - FOTOLAR

Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir. Bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan Biləcəri mərkəzi dəmir yolu xəstəxanasının doğum şöbəsi və 2 saylı Bakı dəmir yolu poliklinikası əsaslı təmirdən sonra istifadəyə verilib.

QSC-dən Metbuat.az-a verilən məlumata görə, tədbirdə Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov iştirak edib. Bildirilib ki, son üç il ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin həyatında da yeni dönəm başlayıb. Yeni-yeni beynəlxalq və regional layihələr uğurla icra olunur, infrastruktur yenilənir, yenidənqurma işləri davam edir. Dəmir yolunun bütün sahələrində olduğu kimi, Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri də yenidən qurulur, dəmiryolçulara və onların ailə üzvlərinə nümunəvi tibbi xidmət göstərmək üçün yeni tibbi avadanlıqlar alınır.

Sonra tədbir iştirakçıları əsaslı təmir olunan Biləcəri mərkəzi dəmir yolu xəstəxanasının doğum şöbəsi və 2 saylı Bakı dəmir yolu poliklinikasına baxış keçiriblər.

Sərnişinlərin bu problemi nə vaxt həll olunacaq? - 199 nömrəli avtobusla bağlı RƏSMİ AÇIQLAMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR