Avropaya vizasız səyahət - Azərbaycanlılar üçün böyük ŞANS

Bundan sonra Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedə biləcəklər.

Müvafiq qərar Serbiya hökuməti tərəfindən mayın 24-də qəbul edilib və iyunun 2-də qüvvəyə minib.

Azərbaycan Turizm Assosiasiyasının Xarici turizm komitəsinin rəhbəri Ayxan Allazlı Metbuat.az-a açıqlamasında bildirib ki, turizmin inkişafı baxımından bu addım yüksək qiymətləndirilir:

“Avropaya səyahət etmək istəyənlərin bir çoxuna Şengen vizazı problem yaradır. Çünki vizanın əldə edilməsi üçün bir çox sənəd hazırlanmalıdır. Monteneqro kimi Serbiyanın da vizasız olması böyük bir şansdır. Maraq doğurur”.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilərlər.

Xəyalə Məmmədova / METBUAT.AZ

Ramazan bayramında səyahət - Azərbaycanlılar bu ölkələrə üz tutur – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR