Play Store

Dünyanın ən yaşlı pişiyi - 30 yaşını qeyd etdi

İngiltərənin Exeter şəhərində yaşayan Rubble adlı pişik 30-cu yaş gününü qeyd edib.

Metbuat.az xəbər verir ki, insan yaşı ilə 137 ili başa vuran Maine Coon cinsli erkək pişiyin sahibi Michele Heritage böyük ehtimalla dünyanın ən yaşlı pişiyi olan Rubblenin qan dövranı xaricində heç bir sağlamlıq problemi olmadığını deyib.

30-cu yaşı münasibətilə Rubbleyə ən sevdiyi yeməklər və pulsuz həkim müayinəsi hədiyyə olunub.

Sağlamlıq məmuru olaraq çalışan 50 yaşlı Heritage Rubbleni 1988-ci ildə hələ bala ikən sahiblənib. Heritage pişiyinin ən yaxın dostu olduğunu bildirib.

“Rubbleni 20-ci yaş günümdən əvvəl tapdım bir dostumun evinin yaxınlığında yaşayan bir küçə pişiyi idi. Onu ilk gördükdə çox sevdim və hələ bala ikən onu sahibləndim” deyib.

Heritage çox yaşlı olmasına baxmayaraq Rubblenin hələ də həyat dolu olduğunu və oyunlar oynadığını deyib.

Heritage şəhərdəki baytarların Rubble ilə maraqlandığını və onun sağlamlığı üçün əlindən gələni etdiklərini deyib. Yaşına görə Rubble mütəmadi olaraq müayinə olunur.

Heritage Rubblenin çox ömrü qalmadığını, buna görə də onu “Guinnes” rekordlar kitabına hazırlamaqdansa son günlərini hüzur içində keçirməsi üçün əlindən gələni etdiyini deyib.

https://metbuat.az/news/964621/dunya-bu-dehsetli-h...

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR