Qarpızı mütləq çəyirdəyi ilə birlikdə yeyin - Çünki

Tərkibində yüksək miqdarda protein olan qarpız çəyirdəyinin bir çox faydası var.

Metbuat.az xəbər verir ki, qarpız çəyirdəyinin tərkibində B qrupu vitaminlər, maqnezium, potaium, fosfor və dəmir var. Tərkibində həm də ürək sağlamlığına faydalı olan doymamış yağ asitləri var. 24 qarpız çəyirdəyinin tərkibində təxminən 1 qram proten var. Mədə və həzm problemləri olmayan şəxslərin qarpızı çəyirdəkli şəkildə yeməkləri sağlamlıq baxımından olduqca faydalıdır.

150 qram qarpız təxminən 45 kaloridir. 1 stəkanı günlük A vitamini ehtiyacının 17 faizini, C vitamini ehtiyacının 21 faizini, dəmir ehtiyacının 2 faizini və kalsium ehtiyacının 1 faizini qarşılayır.

Qarpızın 90 faizi sudan ibarətdir. Bədəndən toksik maddələrini atımını sürətləndirən və detoks təsiri olan bir meyvədir. İmmunitet sistemini gücləndirən C vitamini və göz sağlamlığı üçün faydalı A vitamini ilə zəngindir.

Zəngin likopen tərkibi ilə bir çox xərçəng növünə qarşı qoruyucu təsiri var. Potasiumu zəngin olması səbəbi ilə təzyiqi nizamlayır, böyrək sağlamlığını qoruyur. Ürik asit səviyyəsini aşağı salır, sodium atımını sürətləndirir, böyrəklərdə daş yaranmasının qarşısını alır.

Qarpız və suyu əzələ ağrılarını azaldır, idmançılarda məşqdən sonra toparlanma müddətini sürətləndirmək üçün istifadə edilə bilər. Qarpız qəbzliyin qarşısını alır, sağlam bir həzm sistemi üçün əhəmiyyətlidir.

https://metbuat.az/news/964693/dunyanin-en-yasli-p...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR