Play Store

Şamaxının ən böyük mehmanxanası fəaliyyətə başladı / FOTOLAR

Şamaxının ən böyük mehmanxana kompleksi “Shamakhi Palace Sharadil” fəaliyyətə başlayıb.

Metbuat.az bildirir ki,iyunun 5-də KİV nümayəndələri və bloggerlər Dağlıq Şirvan bölgəsinin ən böyük və elit mehmanxana kompleksi – “Shamakhi Palace Sharadil” ilə yaxından tanış olublar. Otel rəhbərliyi xüsusi olaraq media nümayəndələri üçün press tur təşkil edib. Səfər zamanı qonaqlar mətbuat konfransında iştirak edib, daha sonra isə 5 ulduzlu otel ilə yaxından tanış olublar.

“Shamakhi Palace Sharadil” 6 mərtəbəli əsas binada yerləşən 102 otaq və 18 kotec təklif edir. Otelin daxili və xarici görünüşü memarlıq həlli ilə seçilir. Eyni zamanda, oteldə klassikliyin və müasirliyin vəhdət təşkil etməsi hər kəsin diqqətini cəlb edir. Otelin standart kateqoriyalı otaqları dağlara açılan görüntüyə malikdir.

Oteldə həmçinin qonaqlar üçün əyləncə mərkəzi də yaradılıb.Burada qonaqları animasiya şouları, idman yarışları, canlı tamaşalar, eləcə də bir çox digər əyləncəli proqramlar gözləyir.

“Shamakhi Palace Sharadil” Böyük Qafqaz Dağlarının yamacında, Şamaxı şəhərində yerləşir. Otelin binası 43370 kv.m. və ümumi ərazisi 16 hektar təşkil edir.

Avropaya vizasız səyahət - Azərbaycanlılar üçün böyük ŞANS – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR