Play Store

Dişi pələng bala - maralı yaxaladı və...

Hindistanda baş verən hadisə hər kəsi təəcübləndirib.

Metbuat.az xəbər verir ki, yaşananlar insanı təbiətin amansız üzündən çox uzaq bir atmosferə aparır. Belə ki, bu görüntülərdə pələnglə maralın eyni nöqtədə yer aldığını, amma maralın kiçik də olsa yaralanmadan həyatda qaldığı görülür.

Hadisə anının fotosunu çəkən 35 yaşlı vəhşi təbiət fotoqrafı Souvik Kundu da bu vəziyyəti olduqca maraqla qarşılayıb.

Vəhşi təbiətin qanunlarına görə, bir heyvan ya ovdur, ya da ovçudur. Amma bu qaydalar bəzən yolunda getməyə bilər.

Hindistanda baş verən hadisədə dişi bir pələng bala maralı yaxalayır. Hər kəs pələngin maral balasını yeməsini gözləsə də, hər kəsi təəcübləndirən bir hadisə baş verir. Pələng maralı yemək əvəzinə onunla oynamağa başlayır. Maral ilə əylənən pələng bir müddət sonra onu buraxıb yoluna davam edir.

Hadisə anının fotolarını çəkən Souvik Kundu da gördükləri qarşısında heyrətə düşüb.





https://metbuat.az/news/965495/qorxunc-olum.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR