Play Store

"İnstagram"dan hamının gözlədiyi yenilik gəlir - Artıq videolar....

Məşhur sosial paylaşım platforması "Instagram" 60 saniyəlik video paylaşım müddətini 60 dəqiqəyə qaldıracaq.

Metbuat.az "Wall Street Journal"a istinadən xəbər verir ki, istifadəçilər artıq 1 saata qədər video yayımlaya biləcəklər.

"İnstagram" hələ ki, bu barədə rəsmi açıqlama verməyib. Funksiyanın yaxın günlərdə bir qrup istifadəçi üzərində test ediləcəyi qeyd edilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR