Play Store

Ramazan bayramında bölgələrə səyahət - Təklif və qiymətlər

Ramazan bayramı və Milli Qurtuluş Günü ilə bağlı iyunun 15,16, 17, 18 və 19-u ölkədə qeyri-iş günləri olacaq.

Ramazan bayramını Azərbaycanın səfalı bölgələrində keçirmək istəyənlər hansı rayonlara üz tuta bilər? Qiymətlər neçiyədir?

Turizm şirkətləri Ramazan bayramında təşkil olunan turların qiymətlərinin münasib olduğunu bildirirlər.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli Metbuat.az-a açıqlamasında bildirib ki, qeyri-iş günlərində bölgələrə üz tutanların sayında artım müşahidə edilir:

“Adətən Quba, Qəbələ rayonlarına üz tutanlar daha çox olur. Ümumilikdə demək olar ki, rayonlarda otellərin sayında artım müşahidə edilir. Otellər çoxaldıqca turizm inkişaf edir, peşəkarlıq artır. Hazırda cənub istiqaməti üzrə yeni yol çəkilir. Bu yol tamamlanandan sonra cənub rayonlarında da turizmin aktivləşməsi gözlənilir.

Fly.az olaraq turistlərin qəbulunu bu gün davam etdiririk. Apardığımız müşahidələr nəticəsində görürük ki, xarici müştərilərin Azərbaycanın tarixi bölgələrinə, adət-ənənələrinə, mətbəxinə marağı var. Çox sevindirici haldır ki, xaricə səyahət edənlər qədər ölkədaxili bölgələrə istirahət üçün üz tutanların sayı artmaqdadır”.

"Baku Travel and Tourism" şirkətinin icraçı direktoru, turizm eksperti Əziz Şiriyev qeyd edib ki, bayram günlərində bütün turlar qüvvədə olacaq:

“1,2 və 3 günlük turlar var. Bir günlük turlar adətən şənbə və bazar günləri olur. Bura Quba, İsmayıllı Lahıc, Qəbələ, Şəki-Qəbələ, Oğuz-Qəbələ, ŞamaxıMasallı turu aiddir. 2 günlük turlara Gəncə Göygöl, Qax-Şəki-Qəbələ turu aiddir. 6-cı gün gedib, bazar günü qayıdılır. 1 gecə, 2 günlük qiyməti 85 AZN-dir. Daha sonra Quba - Qusar - Laza turu var. Ekonom paket 79 AZN, standart paket isə 99 AZN-dir. Bizdə 3 gün 5 rayon – Qax, Zaqatala, Balakən, Şəki, Qəbələ turu da var. Bu tur 3 günlükdür. Qiyməti 195 AZN-dir. Ondan sonra 99 dollara Gürcüstan turu da var. 2 gecə 4 gün təşkil edir”.

Turizm.Az Şirkətlər Qrupunun daxili turizm şöbəsinin rəhbəri Çimnaz Xudiyeva bildirir ki, Ramazan bayramına özəl turlar var:

“Bir günlük turlar Şəki, Qəbələ Nohur Göl, Qubanın Qəçrəş kəndi istiqamətində olacaq. Bundan əlavə, ayrılıqda Şəki və Qəbələ turları olacaq. Qiymətlər münasibdir. 20 AZN-dən başlayır. Bundan əlavə, 2 günlük turlarımız da olacaq. 16, 17 iyun tarixlərindəki turlarımız Quba, Qusar rayonlarına olacaq. 1 gecə Quba Cənnət bağı otelində gecələməklə 1 nəfər üçün ekonom paket 79 AZN, “full” paket isə 99 manatdır. “Full” paketə 3 dəfə qidalanma daxildir. Əlavə olaraq, Ramazan bayramı ilə bağlı Şimal-Qərb turumuz var. Gəncə-Göygöl-Maralgöl-Hacıkənd-Gədəbəy-Şəmkir turu. Bu tur 3 gün, 2 gecə təşkil edir. Gecələmə Gəncə Delux Otelində olacaq. Həmçinin Gürcüstan turumuz var. Batumi-Türkiyə-Trabzon turu. Bu da 14-20 iyul ərəfələrində olacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Gəzməli-görməli GÜRCÜSTANA səyahət - Şəhərlər, qiymətlər... – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR