Play Store

Bu it bir aylıq pişik balasına analıq edir - FOTO

Türkiyənin Zonquldak vilayətində yaşayan Bahar Candan adlı qadın qohumunun evinə qonaq gedən zaman anası tərəfindən tərk edilən pişik balası ilə qarşılaşıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qadın pişiyi evinə aparmaq istəsə də, evdə Mişa adlı itinin olduğunu nəzərə alıb və tərəddüd edib. Ancaq yenə də pişiyi evinə gətirən qadın əvvəl itin pişiyə zərər verəcəyindən ehtiyatlandığı üçün onu qorumağa başlayıb:

“Pişik balası itlə oynadıqdan bir müddət sonra onu əmməyə çalışdı, sanki öz anası olduğunu düşünürdü. Pişik olduğu üçün Mişanın əvvəl ona zərər verə biləcəyini düşünürdüm, amma baxdım ki, it ona heç bir pis reaksiya vermir. Mişa onsuz da çox mehriban itdir, heç kimə zərəri yoxdur. Mişa indi bir aylıq olan pişik balasına analıq edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR