Play Store

Gözünüz qaranlıqda parıldayırsa, xərçəng ola bilərsiniz - Həkim RƏYİ

“Gözün ən qorxulu və ölümcül xəstəliklərindən biri göz xərçəngidir”.

Bunu paytaxtın baş oftalmoloqu Sevda Bəşirova Metbuat.az-a açıqlamasında deyib: “Tibbi dildə “retinoblastoma” adlanan xəstəlik gözün torlu qişasının xərçənginə deyilir. Bu xərçəng növü daha çox uşaq yaşlarında əmələ gəlir”.

Baş oftalmoloq qeyd edib ki, xəstəlik əvvəlcədən özünü büruzə vermir. Uşaq yaxşı görür, ancaq zamanla görmə qabiliyyəti aşağı düşür və çəpgözlük meydana gəlir. Həmçinin uşağın bir gözü qaranlıqda pişik gözü kimi parıldayır. Bu zaman valideynlərdə şübhə yaranır və həkimə müraciət edirlər. Xəstəlik nə qədər erkən aşkarlansa, xəstənin yaşama şansı o qədər artar.

Həkim bildirib ki, yetkin insanlarda olan göz içi şişi "melanom‟ erkən dövrdə narahatlıq vermir. Ancaq xəstəlik vaxtında aşkar olunmadıqda beynə və digər orqanlara metastaz verir. Xəstələrə xərçəng dioqnozu qoyulduqdan sonra onun hansı mərhələdə olduğu aşkarlanır. Buna uyğun kimyaterapiya müalicəsi yaxud gözün çıxarılmasına qərar verilir.

Həkim əlavə edib ki, göz xərçəngi daha çox irsi xəstəlikdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR