Ramazanda havalar niyə sərin keçir? - İlahiyyatçı AÇIQLADI

“Ramazan ayında havalar həmişə sərin keçir”. El arasında belə bir deyim var.

Maraqlıdır, bu deyimlə bağlı ilhahiyyatçılar nə fikirləşir?

Hacı Fuad Pənahlı Metbuat.az-a açıqlamasında bildirib ki, Ramazan ayında havanın necə keçməsinin orucluqla əlaqəsi yoxdur:

“Bu, Allahın yaratdığı elmin, kainatın dövr etməsi ilə bağlıdır. Ola bilər ki, orucluq ən çətin istilər olan dövrə düşə bilər. Bu gün bəzi Ərəb ölkələrində ən ağır istidə oruc tutan dindar insanlar var. Amma bəzən Allah oruc tutan insanın özünə, yaxud onun yaşadığı yerə kömək edir. Bəzən istini küləyə çevirir. Bunlar istisna hallardır. Konkret qanun şəkildə bunun olacağını demək düzgün. Bunlar daha çox el dilindən çıxan sözlərdir. İnsanlar Ramazan vaxtı havaların sərin olmasını oruc tutanlarla izah edirlər. Bunlar gözəl sözlərdir, amma bir o qədər elmi sözlər deyil. Bu, inanın inamı ilə bağlıdır. İnsanın Allaha məhəbbəti, dinə, axirətə inamı varsa, 70 dərəcə isti olsa beləoruc tutacaq. Necə ki, elə insanlar olub, var və yenə olacaq. Məncə, məsələni hava ilə deyil, inancla bağlamaq daha məqsədəuyğun olardı”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün hazırlıq işləri başa çatıb – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR