Qanunsuz ağac kəsimi ilə məşğul olan sex aşkarlanıb - Xaçmazda

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 kub.m həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona təbiətə dəyən 709 manat məbləğində cərimə tətbiq olunub.

Xarici valyutaların manata qarşı - Məzənnələri - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR