Marsda həyəcanlandıran kəşf - NASA açıqladı

Marsın fəaliyyəti haqqında açıqlama edən NASA iki kəşfdən bəhs edib. Etdiyi kəşflərdən biri ilə antik həyatı sübut edəcəklərinə inanan elm adamları qızıl planetdəki mövsüm dəyişikliklərindən bəhs edib.

Metbuat.az xəbər verir ki, Marsda iki çalışma həyata keçirdiyini deyən NASA Marsın atmosferində metan qazı tapdığını, mövsimi dəyişikliklər baş verdiyini deyib. İkincisində isə Marsda antik həyatın sübutu ola biləcək təbii molekulyar tərkibli 3 milyard yaşlı bir qayanı kəşf etdiklərini açıqlayıb.

Elm adamları Marsda 2012-ci ildən bu yana incələmələ edən Curiosity kəşf vasitəsi tərəfindən təxminən 3. 5 milyard illik qayalıqda təbii maddələr tapdığını açıqlayıb.

Araşdırmaçılar Marsda tapılan təbii maddələrin köhnə bir həyatın sübutu, həyat üçün bir qida qaynağı ya da həyat yerinə var olan başqa bir şey kimi dəyərləndirə biləcəyini deyib.

Marsda bir zamanlar mikroorqanizmlərin olduğu, hətta hələ də ola biləcəyi ehtimalını ağıla gətirən yeni tapıntıların qızıl planetdə keçmişdə, ya da hal-hazırda bir həyatın sübutu olaraq ələ alına biləcəyini bildirib. Hər iki çalışma “Science” jurnalında yayımlanıb.

https://metbuat.az/news/966195/agiz-qoxusunun-qars...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR