Play Store

Məşhurlar bu uşağa görə bir araya gəldilər - VİDEO


Azərbaycanlı məşhurlar Hüseynin müalicəsinə dəstək məqsədilə videoçarx hazırlayıblar.

Mətbuat.az xəbər verir ki, məşhurlar – İslam Mehrəliyev, Fərda Xudaverdiiyev, Məleykə Əsədova, Bəhram Bağırzadə, "Bozbash Picture"-in aktyorları - İlkin Misgərli, Ramil Babayev və İlkin Həsəni ATV telekanalının tanınmış əməkdaşı Bəxtiyar Fətullayevə dəstək kampaniyasına qoşulub. Məşhurlar jurnalistin Uşaq Serebral iflic Xəstəliyindən əziyyət çəkən 8 yaşlı oğlu - Hüseynin müalicəsinə dəstək məqsədilə videoçarx hazırlayıb, daha sonra videonu özlərinin şəxsi “Facebook” və İnstaqram səhifələrində paylaşıblar. Onlar bütün xeyirxah insanları da bu mübarək Ramazan ayında, körpənin həyatı üçün səfərbər olmağa çağırıblar.

Qeyd edək ki, Hüseynin əsaslı müalicəsi İsrail və Çində mümkündür. Lakin bunun üçün 45-50 min dollar vəsait lazımdır. Hüseynin atası artıq bir neçə aydır oğlu üçün yardım çağırışları etsə də, o tələb olunan vəsaitin cəmi 5 fazini toplaya bilib. Bəxtiyar Fətullayev özünün facebook səhifəsində bu sözləri yazıb:

“Vaxtı durdura bilmirən. Paylaşın ki, həssas insanlar bu günahsız körpənin illərlə çəkdiyi ağrı-acılarından nəhayət, xəbərdar olsunlar! Paylaşın ki, onlar müqəddəs Ramazan ayı hörmətinə Hüseyn balanın sağlam həyata qovuşmasına dəstək olsunlar! Gəlin, Hüseynin həyatına biganə qalmayaq! HÜSEYNƏ HƏYAT VERƏK!”.

Biz də fürsətdən istifadə edib hər bir kəsi Hüseynə dəstək olmağa, ona həyat verməyə çağırırıq! Bu videonu izləyən hər bir kəs minimum bacardığını etsə, Hüseynin müalicəsi üçün tələb olunan vəsiat tez bir zamanda toplanar.

Bank Respublika ASC

Kod: 508182

VOEN 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWİFT: BRESAZ22

Adı: Baxtiyar

Soyadı: Fatullayev

İBAN: AZ17BRES00380194400144786301

Milliön terminalları üzre

Bank Respublıka ASC

Hesab nömresi (AZN):

380194400144786301

Şexsiyyet vesiqesi: 09372782

Tel: 050 3911980

077 4714181


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR