Avtomobil ustalarının FIRILDAQÇILIĞI - Sürücülər, DİQQƏTİ OLUN!

Xarab olan hissə bir tərəfdə qalır, usta avtomobilin işlək qurğusunu dəyişir. Sonra da sürücüdən “bir ətək” pul alır.

Bu yazımızda sürücülərlə avtomobil ustaları arasında yaşanan problemdən söhbət açacağıq.

Avtomobil üzrə texniki məsləhətçi Əli Sultanov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ ustaların insafına qalıb:

“Avtomobilin dərdi tam başqa bir şeydir, amma usta bilmədiyi üçün başqa hissələrini dəyişir. Kiməsə şər atmaq da günahdır, amma belə hallar olur. Sürücülərə məshət edərdik ki, ustadan qayıdan avtomobildə nasazlıq düzəlməzsə, ona pul verməsinlər. Məsələn, servis avtomobildə 100 manatlıq hissə dəyişdikdən sonra problem hələ də varsa, dəyişilən hissənin pulu ödənilməməlidir. Problem həll olunmayıbsa, sürücü niyə pul ödəməlidir?!”.

Hüquqşünas Tağı Hüseynov isə əlavə edib ki, sübuta yetirə bilmədiyimiz üçün qeyd olunan hadisələr bu gün də sürücülərin başına gəlir:

“Avtomobili ustaya təhvil verən zaman öncədən yoxlatdırmaq lazımdır. Hansı hissədə problem olduğunu müəyyənləşdirdən sonra təmirə göndərmək olar. Belə hallarda çox vaxt ustanın başı üstündə durmaq məsləhət görülür. Ümumiyyətlə, bunu sübuta yetirmək olmur. Avtomobil ustansının bilərəkdən, yaxud da bilməyərəkdən etdiyini anlamaq olmur. Sübut etsək belə, 100, 200 manatlıq ehtiyat hissəyə görə məhkəməyə müraciət etmək mənasızdır. Məhkəmə uzun bir prosesdir. Ora gedib-gəlmək insanın çox vaxtını alır. Ona görə də, sürücülərə avtomobillərini güvənli olduğu üçün servislərdə, yaxud tanıdıqları ustalara düzəltdirmələrini məsləhət görürük”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sumqayıtda yaşayış binasında yanğın: - 11 sakin təxliyə edilib – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR