Play Store

Azərbaycanda SSRİ dövründən qalan avtomobillərin sayı - Qiymətlər niyə qalxacaq?/ AÇIQLAMA

“Ölkədə hazırda mövcud olan 1.3 milyondan çox avtomobilin 23%-i 1990-ci ilə qədər istehsal olunan avtomobillərə aiddir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, dolların məznnəsində müşahidə edilən sabitlik sonrakı dövrdə gözləmə mövqeyində dayanan istehlakçıların alış mövqeyinə keçəməyinə gətirib çıxardı:

“Nəticədə, Azərbaycanda digər sahələrə olduğu kimi avtomobil bazarına da tələb artdı. Bu da paralel olaraq qiymətlərə təsir etdi. Belə ki, qiymətlər bahalaşmağa başladı. Qiymətlərdə bahalaşma təkrar bazarda hiss olunurdu. Çünki yeni avtomobillərin yeni məzənnə ilə ölkəyə gətirilməsi, eyni zamanda 2014-cü ildən sonra Mərkəzi Bank tərəfindən istehlak krediti ilə bağlı qaydalara dəyişiklik edildikdən sonra yeni avtomobillərin istehlakınIn tempi azalıb. Bu isə alıcılıq gücünün təkrara bazara yönəlməsinə, təkrar bazarda isə qiymətlərin yüksəlməsinə səbəb olub. Hazırda da bu proses baş verməkdədir. Ölkəyə idxal olunan avtomobillərin sayında bu ilin müvafiq dövrü ilə müqayisədə artımlar var. Nəzərə alsaq ki, 2013, 2014-cü illərdə il ərzində ölkəyə 100 min avtomobil idxal olunub. 2015, 2016, 2017-ci ildə bu rəqəmlər kəskin azalıb. Bu isə ölkədəki daxili bazarda təklif səviyyəsinin azalması ilə nəticələnib.

Eyni zamanda, ötən il yanacağın qiyməti ilə bağlı dəyişiklik edildikdən sonra dizellə işləyən avtomobillərin alıcıları artdı. Mühəriki dizellə çalışan avtomobillərin qiymətlərində daha çox artımlar baş verir. Əhalinin alıcılığının bu istiqamətə yönəlməsi hiss edilməkdədir. Situasiya bundan ibarətdir. Düşünürəm ki, növbəti dövrlərdə də bənzər artımlar ola bilər. Çünki daxili bazarda idxal olunan avtomobil ilə dövriyyədən çıxan avtomobilin sayında bir fərq yaranıb. İdxal olunan avtomobil azdır, amma dövriyyədən çıxarılan avtomobillərin sayı daha çoxdur. Ümumiyyətlə, daha geniş sferadan baxdıqda, Azərbaycanda avtoparkın strukturunda da problemlər var. Ölkədə hazırda mövcud olan avtomobildən 300 mini 1990-ci ilə qədər istehsal olunan avtomobillərə aiddir. Bu isə müasir tələblərə cavab vermir. Bu avtomobillər dövriyyədən kənarlaşır, amma kənarlaşmanı kompensasiya edən idxal yoxdur. Çünki idxalın stnadartları da dəyişib. 2015-ci ildən ölkəyə idxal olunan avtomobillərlə bağlı xüsusi normativlər tədbiq olunur. Yeni nəsil avtomobillərin qiymətləri isə baha başa gəlir. İndiki situasiya əhalinin alıcılığına uyğun deyil. Ona görə də, 2015-ci ildən başlayaraq ölkədə hər 1000 nəfərə düşən avtomobilin sayında azalma müşahidə edilir. Bu isə yaxın gələcəkdə qiymətlərdə artım prosesinin müşahidə olunacağını deməyə əsas verir. Xüsusilə də yay və payız aylarında avtobazarda aktivlik yüksəlir. Bu da qiymətlərə öz əksini tapır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Avtomobil ustalarının FIRILDAQÇILIĞI - Sürücülər, DİQQƏTİ OLUN! – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR