“Münaqişə regionda böyük humanitar fəlakətə gətirib çıxarıb” – Sammit keçirilir

"Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal edilib. Azərbaycan uzun illərdir ədalətli qərarların qəbul edilməsi üçün beynəlxalq təşkilatlara çağırış edir. Təəssüf ki, hələ də lazımi addımlar atılmır".

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammitində çıxışı zamanı deyib. Z.Əsgərov bildirib ki, beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsi universal xarakter daşıyır. O, qeyd edib ki, azərbaycanlı deputatlar beynəlxalq təşkilatların tədbirlərində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan hər şeyi edir.

Sammitdə çıxış edən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycan Avropa və Asiya arasında çox önəmli nəqliyyat qovşağına çevrilib: "Qarşımızda duran ən ciddi problem ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayonu Rusiyanın forpostu olan Ermənistan tərəfindən işğal olunub. 1999-cu ildə Dəmirçiyan münaqişənin Azərbaycanla sülh yolu ilə həll olunması ilə bağlı danışıqlara başladığı üçün parlamentdə qətlə yetirilib".

Millət vəkili qeyd edib ki, Rusiya və Ermənistan beynəlxalq hüquqa riayət edərsə, münaqişə həllini tapacaq: "Münaqişə regionda böyük humanitar fəlakətə gətirib çıxarıb. Artıq Dağlıq Qapabağ münaqişəsinin həllinin vaxtı çatdığını düşünürük. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək lazımdır. Sammit iştirakçılarını Cənubi Qafqaz regionunda baş verənlərə etinasız qalmamağa çağırıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR