Play Store

“Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq genişləndirilməlidir” – Yan Zahradil

Azərbaycan vacib və nadir ölkədir. Təəssüf ki, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub, buna son qoyulmalıdır.

Metbuat.az xəbər verir ki, bu fikirləri Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil deyib.

Yan Zahradil bildirib ki, sabitlik olmadan uğur qazanmaq mümkün deyil: “Çox şadıq ki, Alyansımız Azərbaycanla sıx əməkdaşlıq edir. Ancaq bununla belə, hesab edirik ki, müxtəlif sahələrdə əməkdaşlıq genişləndirilməlidir. Hər zaman Azərbaycanın yanındayıq və reallığı qəbul edirik. Bizim Alyansımızın simvolu alovlu şirdir, Azərbaycan da odlar ölkəsidir”.

Alyansın prezidenti qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur. Təəssüf ki, parlament üsul-idarəsinə əsaslanan Cümhuriyyət cəmi iki il hökm sürdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR