"Məni küçədə öldürüb, aradan götürəcəklər" - Xalq artisti

Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov, nəhayət ki, uzun fasilədən sonra seriala dəvət alıb.

Metbuat.az xəbər verir ki, bu barədə yenicag.az-a aktyor özü açıqlama verib:

"Hara gedirdimsə, soruşurdular ki, niyə yerli seriallarda çəkilmirsiz. Nəhayət ki, yazıçı, millət vəkili Hüseynbala Mirələmovun "40-cı qapı" romanı əsasında ekranlaşacaq seriala çəkiləcəm. Deputat serialda özü mənim çəkilməyimi istəyib. Bir müddət öncə deyib bu serialda baş rola ya Fuad Poladov, ya da Tariyel Qasımovun çəkilməsini istəyirəm. Fuad rəhmətə getdi, məni çəkəsi oldular. İyunun 15-i çəkilişlərə start veriləcək. Serialı Rusiyada təhsil alan İdrak adlı rejissor çəkəcək".

Xalq artisti 80 bölümdən ibarət serialın kriminal hadisələrlə zəngin olacağını bildirib: "Məni hakim rolunda görəcəksiniz. Serial Azərbaycandakı qadın koloniyasında, məhkəmə və digər məkanlarda çəkiləcək. Serialda paxıllığımı çəkən bir həmkarımın əli ilə məni küçədə öldürüb, aradan götürəcəklər. Dramatik hadisələrin cərəyan etdiyi serial tamaşaçıları ekrana kilidləyəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR