Play Store

Hər kəsdən gizlətdiyi uşaqlığı - ortaya çıxdı

Avstraliyalı yazıçı Paul Ham alman diktator Adolf Hitlerin uşaqlığı və gəncliyi ilə bağlı mübahisələrə səbəb olacaq bir çox məlumata yeni kitabında yer verib.

Metbuat.az xəbər verir ki, “Young Hitler: The Making of the Führer” adlı kitabda Hitlerin “məsih” kimi ulu bir obraz yaratmaq üçün keçmişini necə sildiyini yazan Ham bir diktatorun doğumunu bütün detalları ilə yazıb.

Paul Hamın kitabında ən parlaq detallar Hitlerin keçmişinə dair dediyi yalanlardır. Kitabda Hitlerin Almaniyada 1933-cü ildə kansler olmasından sonra gəncliyi ilə bağlı məlumatları necə gizlətməyə çalışdığı deyilir.

Hitlerin keçmişindən nifrət etməsinə dair ən dəqiq göstərici Vyanada dostluq etdiyi bir sənət qalereyaçısının keçmişini gizləmə çalışması olaraq adamın öldürülməsinə dair təlimat verməsidir.

Hitlerin vəzifəyə gəldikdən sonra keçmişini gizləməyə dair etdiyi ilk iş isə Schickgruber olan ailə soyadını dəyişdirmək olub.

Kitabda Hitlerin uşaqlığından bu yana “qaranlıq güclər” mövzusunda həvəskar olduğu və özünün qaranlıq güclər tərəfindən idarə edildiyini düşündüyü məlumatı da yer alıb.

12 yaşında məktəbdə “qoçu” olaraq davranan və heç bir dostu olmayan Hitlerin olduqca uğursuz bir şagird olduğu da bilinir. Amma bu uğursuzluq səbəbi kimi ətrafındakı hər kəsi günahlandırırdı.

Ən xırda hadisələr üçün belə böyük əsəb pozuntusu keçirən Hitlerin məktəbdə ən sevdiyi müəllim alman tarixinin qəhrəmanca hekayələrini danışan Leopold Poetsch idi.

Adolf Hitlerin gənclik illərindəki “böyük bir sənətçi” olma xəyalının atası tərəfindən etirazla qarşılanması Hitlerin bu və buna bənzər səbəblərlə atasına nifrət etdiyi bildirildi.

Hitler məktəbdə oxuduğu zaman məktəbdən qiymət kitabçasını aldıqdan sonra anasına onu qatarın pəncərəsindən atdığını deyib. Əslində Hitlerin bu kitabçanı tualet kağızı kimi istifadə etdiyi ortaya çıxıb.

Məktəbdəki uğursuzluğu səbəbi ilə ailəsini, dostlarıını və müəllimlərini günahlandıran Hitlerin ona kobud davranması səbəbi ilə Katolik kilsəsində bir rahibdən nifrət etdiyi ortaya çıxıb.



https://metbuat.az/news/966861/saysiz-qizil-tapdi....


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR