​13 milyona ada satılır - FOTOLAR

Türkiyənin Bursa şəhərində yerləşən Uluabad gölündəki 45 hektarlıq ada satışa çıxarılıb.

Metbuat.az bildirir ki, sahibi Nedim Bulud adanı 13 milyon lirəyə, təxminən 5 milyon manata satışa çıxarıb. İndiyə kimi adaya ən çox 9 milyon lirəlik təklif gəlib. Lakin bu məbləğin az olduğunu düşünən sahibi təklifi dəyərləndirməyib. Təxminən 500 zeytun ağacının yerləşdiyi ada 80 ildən çoxdur Bulud ailəsinə məxsusdur. Ailə real alıcı olarsa, qiymətdə endirim edəcəyini bildirir.

Uluabad gölünün yerləşdiyi Karacabəy rayonunun bələdiyyə sədri Əli Özkan bildirir ki, qeyd olunan ada təsərrüfat və heyvandarlıq üçün uyğun bir yerdir. Lakin adada bina tikilməsinə icazə yoxdur. Çünki Ramsar müqaviləsinə daxil edilib.


Qeyd edək ki, Ramsar beynəlxalq müqaviləsi 1971-ci ildə Ramsar şəhərində imzalanıb, 1975-ci ildə qüvvəyə minib. Konvensiyanın məqsədi dünyanın mövcud təbii ekosistemlərini qorumaq və məhdud resursları ağıllı və səmərəli istifadə etməkdir. Türkiyə 1994-ci ildə müqaviləyə qoşulub.

Ramazan bayramında bölgələrə səyahət - Təklif və qiymətlər – TIKLAYIN!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR