Sürücülər DİQQƏT - Bu üsulla maşınınızı soya bilərlər -Polisdən xəbərdarlıq

Avtomobil oğruları hər gün yeni texnikalarla çirkin əməllərini həyata keçirməyə çalışırlar.

Metbuat.az "Miliyyet.com.tr"yə istinadən xəbər verir ki, polis avtomobil oğrularının istifadə etdiyi bu yeni üsul barədə bütün sürücüləri diqqətli olmağa çağırıblar. İstifadə etdikləri üsul isə olduqca sadədir.

Belə ki, oğrular öncə avtomobilin sağ təkərlərinin üzərinə plastik şüşə yerləşdirirlər. Beləcə, sürücü şüşəni görə bilmir, ancaq maşını işlətməyə başlayanda qəribə səs eşidir. Plastik şüşənin varlığından xəbərdar olmayan sürücü avtomobilindən enib nə olduğunu anlamağa çalışır. Bu zaman oğrular araya girərək çirkin əməllərini həyata keçirirlər.

Aysel Yaqubqızı Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR