Play Store

May milçəkləri görüntüləri ilə hər kəsi - təəcübləndirdi

Macarıstanın paytaxtı Budapeştin 170 kilometr şərqindəki Tisa çayı qeyri-adi bir təbiət hadisəsinə şahidlik edib.

Metbuat.az xəbər verir ki, hər il yazın sonu, yayın əvvəllərində yaşanan və macarlar tərəfindən “Tisa doğuşu” olaraq adlandırılan bu hadisənin baş rolunda isə may milçəkləri var.

EPA müxbiri tərəfindən çəkilən görüntülərdə suyun dərinliklərindən 3 il sonra suyun üzünə çıxan canlılar hər kəsi təəcübləndirən görüntülərə səbəb olub. Dişi may milçəkləri yumurtalarını suya buraxır və daha sonra larva mərhələsindəki canlılar çayın dərinliklərinə enir.

Çayın dərinliklərində 3 il yaşayan canlılar hər il mayın son günlərində və iyunun ilk günlərində çayın dibindən çıxır. Tisa doğuşu olaraq bilinən bu hadisədə yetişkin haldakı larvalar dəri tökür və yetişkin milçəklər göydə uçaraq dişilərlə cütləşir. Daha sonra dişilər yenidən yumurtaları çaya buraxır və bir neçə saat sonra ölür.

sinekk-epasinek-epa

https://metbuat.az/news/968646/meshur-cutluyun.htm...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR