Play Store

Çobanyastığı çayının inanılmaz - FAYDALARI

Qədim dövrlərdən bu yana yuxu düzənində baş verən pozuntularda, yuxusuzluq problemlərində və soyuqdəymə kimi problemlərin müalicələrində istifadə olunan çobanyastığı çayı bir çox dərdə dərmandır.

Metbuat.az xəbər verir ki, çobanyastığı çayından yuxu pozulması və yuxuya keçmə müddətində problem yaşayan insanlar istifadə edir.

Romatizma kimi narahatlıqlardan qaynaqlanan ağrıları sakitləşdirmək üçün istifadə olunur. Yeməkdən sonra içildikdə həzm sisteminə kömək edir. Gündəlik həyatda qarşı-qarşıya qalınan stresi azaltmaq üçün də istifadə olunur. Sakitləşdirici xüsusiyyəti ilə insanlar üzərində rahatladıcı təsiri var. Allergiya əlamətlərini ən aza endirir.

Həzmsizlik və qaz problemləri ilə başa çıxmaqda istifadə edilir və mədəni rahatladır.

Dəridə yaranan yara və sızanaq izlərinin itməsi prosesini sürətləndirir. Qaynamış çobanyastığını pambıq köməyi ilə yaraların üzərinə sürtə bilərsiniz. Təsiri gözlə görüləcəkdir.

Çobanyastığının qaraciyəri qoruyan təsiri də var. Əgər yaxşı dəmlənmiş bir çobanyastığı çayı hazırlamaq istəyirsinizsə 2-3 yemək qaşığı qurudulmuş çobanyastığını bir dəmliyə qoyun.

İsti su ilə 5-6 dəqiqə dəmlənən çobanyastığı çayını götürün və bir stəkana süzərək doldurun. Əgər dadlandıraraq içmək istəsəniz içərisinə bal və bir neçə damla limon suyu qata bilərsiniz.

https://metbuat.az/news/969217/is-teklifini-qebul-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR