Balakəndə Dəliçay daşıb - Evləri və həyətləri su basıb

Balakən rayonunda çayda yenidən daşqın olub.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Balakən rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayonun Katex kəndi ərazisindən keçən Dəliçay çayında daşqın olub:

"Dəliçay dağlıq ərazidən gələn çaydır. Dağlara güclü yağış yağan kimi çay daşır və bəndləri yuyur. Bu dəfə də daşqın olub və Katex kəndində bəzi evlərə su dolub, həyətyanı sahələri su basıb. Hələlik neçə evi su basması və dəymiş ziyan məlum deyil".

İcra Hakimiyyətindən bildiriblər ki, hazırda dəymiş ziyan müəyyənləşdirilir.

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Temperatur ENƏCƏK - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR